7 tövsiyə var ki, bizim üçün çətin olmasaydı... - Zelenski

Avropa Birliyinə daxil olmaq üçün danışıqlara başlamaq qərarı motivasiyalıdır.

Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə Kiyevdə birgə brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması üçün danışıqlara başlamaq qərarı ukraynalılara ədalətin olduğuna və ukraynalıların AB ilə ortaq dəyərləri müdafiə etdiyinə dair sözlərin boş olmadığına inanmağa kömək edəcək.

"Bu, o demək deyil ki, bizə nə isə verəcəklər. Xeyr. Ayrıca xüsusiyyətlər və yeddi tövsiyə var ki, bizim üçün çətin olmasaydı, həyata keçirməli idik. Və biz bütün tövsiyələrin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə edirik. Biz bütün tövsiyələri həyata keçirəcəyik. Biz bu gündən hazırıq”, - Zelenski vurğulayıb.