Blinken gələn həftə İsrailə səfər planlaşdırır

ABŞ dövlət katibi Antoni Blinken gələn həftə İsrailə səfər planlaşdırır.
APA xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər saytı məlumat yayıb.
Qeyd olunub ki, Blinken Qəzza zolağındakı vəziyyətlə bağlı yüksək səviyyəli İsrail və Fələstin rəsmiləri ilə danışıqlar aparmaq üçün gələn həftənin əvvəlində İsrailə səfər etməyi planlaşdırır.

HAMAS-İsrail münaqişəsinin gərginləşməyə başladığı 7 oktyabrdan indiyə qədər, bu, Blinkenin İsrailə dördüncü səfəri olacaq. Güman edilir ki, səfər NATO xarici işlər nazirlərinin Brüsseldə gələn həftə keçirilməsi nəzərdə tutulan sammitində iştirak etməzdən əvvəl baş verə bilər.