Ukrayna ABŞ-dan bu radarları istəyib

Ukrayna ABŞ-dan ballistik raketləri izləmək üçün nəzərdə tutulmuş qısa mənzilli “Sentinel” radarları istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumlarının artması Kiyevi buna məcbur edib:

“Ukrayna nümayəndələri “Abrams” tankları və “F-16” döyüş təyyarələrinin tədarükünə ehtiyac olmasına baxmayaraq, “Sentinel” radarlarının qarşıdan gələn qışda müdafiə üçün çox vacib olduğunu qeyd ediblər”.