39 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək

İsrail-Fələstin arasında əldə edilə atəşkəs razılaşmasına əsasən noyabrın 24-də İsrail həbsxanalarından 39 fələstinli məhbus azad edililəcək.

“Report” xəbər verir ki, bu barədə Misirin “Al-Youm As-Sabia” qəzeti rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, 13 israilli və 39 fələstinli sabah azad ediləcək. Azadlığa buraxılacaq məhbuslar arasında qadın və uşaqlar da var. Eyni zamanda atəşkəs dövründə Misir Qəzza zolağına göndərdiyi yardımın həcmini iki dəfə artıracaq.