639-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 639-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 322 900 hərbçi, 5496 ədəd tank, 10256 ədəd zirehli döyüş maşını, 7833 ədəd artilleriya sistemi, 904 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 595 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 230 ədəd avtomobil texnikası, 5800 ədəd PUA, 1564 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1108 xüsusi avadanlıq itirib.