Aİ Moldova və Gürcüstanı hissə-hissə birliyə qəbul etmək istəyir

Aİ Avropa İttifaqı Moldova və Gürcüstanı bu dövlətlərin bəzi hissələrini nəzərə almadan birliyə qəbul etmək ideyası ilə çıxış edib. 
APA ura.ruya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano danışıb.
O bildirib ki, Aİ Dnestryanı, Abxaziya və Cənubi Osetiya ərazilərini istisna etmək istəyir.

“Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul oluna biləcəyini istisna etmir”, - deyə Peter Stano deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı mübahisəli ərazilərinə görə Moldova və Gürcüstanın qəbulunu ləngitməməlidir.

Yeni üzvlərin qəbulu ilə bağlı müzakirəyə səbəb Avropa Komissiyasının 2023-cü il üçün genişlənmə ilə bağlı hesabatını dərc etməsi olub və burada Ukrayna və Moldovanın üzvlüyünə dair tövsiyələr verilib. Bu məsələ ilə bağlı mümkün həll yolları Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitindən sonra ortaya çıxacaq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə çıxış edib. O, həmçinin Ukrayna və Moldovanın Aİ-yə daxil olması üçün yaxşı nəticələr əldə etdiyini bildirib. O, Təhlükəsizlik Şurasını hər iki ölkə ilə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb.