Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara yenidən ev sahibliyini təklif edib

Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarına yenidən ev sahibliyi edə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində deyib.
O bildirib ki, şərtlər müəyyənləşəcəyi təqdirdə Rusiya-Ukrayna arasında sülh danışıqlarına Türkiyə yenidən evsahibliyi edə bilər.
Xatırladaq ki, bundan əvvəl 2022-ci il martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar aparıblar.