Almaniyanın baş xəfiyyəsi İrəvanda: Nikolla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalı qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumatına görə, görüşdə iki ölkənin ixtisaslaşmış strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunub:
“Paşinyan və Kal regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə toxunublar”.