Kreml: NATO Rusiyanı aşkar düşmən hesab edir

Kreml NATO-nun “hərbi Şengen” yaradılmasının mümkünlüyü ilə bağlı bəyanatları alyansın Rusiya ilə qarşıdurmasının inkişafı kimi qəbul edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə niyyətlər Avropada gərginliyi artırır.
"NATO bizim ölkəmizi həmişə şərti düşmən hesab edib. İndi isə ölkəmizi aşkar düşmən hesab edir. Bu, Avropada gərginliyin artmasından başqa bir şey deyil, hansı ki, bunun da nəticələri var", - deyə Kremlin sözçüsü vurğulayıb.