Belarus və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

Belarusun xarici işlər naziri Sergey Aleynik erməni həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə “Sputnik”in Belarus bürosu məlumat yayıb.

Məlumata əsasən, Aleynik Mirzoyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son sammiti barədə məlumatlandırıb.

Tərəflər arasında regiondakı vəziyyət və ikitərəfli münasibətlər gündəliyində yer alan cari məsələlər müzakirə olunub.

Nazirlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.