İsrail-HƏMAS savaşında həlak olan jurnalistlərin sayı artdı

Oktyabrın 7-dən İsrail və HƏMAS arasında başlayan döyüşlər nəticəsində 66 jurnalist həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi məlumat yayıb.

Məlumata görə, həlak olanlardan 6-sı qadındır.

2 jurnalistin itkin düşdüyü, 31-nin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilir.