Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.
APA "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu barədə protokolu ötən gün Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar", - məlumatda qeyd olunub.