ABŞ bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı

Estoniya və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.
“Güclü müttəfiqlik əlaqələrimizi bir daha təsdiq edərək, ABŞ-ın Estoniyadakı hərbi mövcudluğu, eston diviziyalarının inkişafına töhfələr, kibermüdafiə sahəsində əməkdaşlıq və birgə satınalmalara diqqət yetirən müdafiə sahəsində əməkdaşlıq müqaviləmizi yenilədik”, - məlumatda qeyd olunub.

Plan həmçinin təlimlərin keçirilməsi, müttəfiq bölmələrin qəbulu üçün lazımi infrastrukturun yaradılması və bir sıra digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.