NYT: Rusiyanı tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itirib

Ukrayna ilə müharibədən sonra Rusiya bazarını tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki verib.
APA xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Yazıda qeyd edilir ki, analitiklər Qərb şirkətlərinin getməsi ilə “Rusiya iqtisadiyyatının boğulacağını” proqnozlaşdırırdılar.

Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putin gözlənilən uğursuzluğu öz xeyirinə dəyişə bilib.

Vurğulanıb ki, əksər xarici şirkətlər yatırılan milyardları itirməmək üçün Rusiyada fəaliyyətini davam etdirirlər.

Bundan əvvəl Putin Rusiya Federasiyasının sanksiyalar nəticəsində təxminən 50 milyard dollar itirdiyini, lakin idxalın əvəzlənməsi də daxil olmaqla, onları kompensasiya edə bildiyini bildirmişdi.

O, bu rəqəmin böyük olduğunu bildirisə də sanksiyalar dövləti bəzi məsələlərdə "baş işlətməyə" məcbur edib.