Paytaxt Tbilisidə “Yeni il kəndi” salınıb 

Tbilisinin "Ana dili bağı"nda “Yeni il kəndi”nin təntənəli açılışı baş tutub.

24News.ge xəbər verir ki, açılış mərasimində musiqi proqramları nümayiş etdirilib.

Bildirilir ki, “Yeni il kəndi”ndə yanvarın 7-dək “Milad bazarı” sərgi-satışı, pavilyon, atelye və teatr, teatral yürüşlər və tamaşalar, axşamlar müxtəlif qrupların, vokalçıların və ansamblların konsertləri keçiriləcək.