Üç uşaq anası prezidentliyə NAMİZƏD OLDU

Krasnoyarskdan olan Yekaterina Duntsova prezident seçkilərində namizədliyini irəli sürüb.

Sherg.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "76" portalı məlumat yayıb.

Bildirilib ki, Duntsova jurnalist və hüquqşünasdır, hazırda Rjevdə yaşayır, üç övladı var.

O, noyabrda namizədliyini irəli sürəcəyini açıqlayıb və dekabrın 17-də seçicilərin təşəbbüs qrupu tərəfindən rəsmən dəstəklənib.

O, Moskvada 600-dən çox insan toplayıb (qanunla tələb olunan minimum 500 nəfərdir). Onun namizədliyinə 500-dən çox insan səs verib. Duntsova öz imzalarını Mərkəzi Seçki Komissiyasına təhvil verəcək.