Buenos-Ayresdə külək şəhərin görkəmli yerinə zərər vurub

Argentina paytaxtı Buenos-Ayresdə güclü külək şəhərin əsas görməli yerlərindən birini – mexaniki çiçək “Floralis Xenerica”nı sıradan çıxarıb.

Trend xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib.

Təbiət hadisəsinin gücündən çiçəyin altı ləçəyindən biri yerə düşüb.

Obyekt şəhərə onun yaradıcısı argentinalı memar Eduardo Katalano tərəfindən bağışlanıb və 2002-ci ildə quraşdırılıb. Müəllifin sözlərinə görə, hidravlik sistem vasitəsilə hündürlüyü 20 m, çəkisi 18 ton olan gül hər gün ləçəklərini açıb-bağlamalı idi, lakin nasazlıqlar səbəbindən son illər mexanizm hərəkətsiz şəkildə qapalı və ya açıq qalıb.