Simonyan Ermənistanda növbədənkənar seçkilərlə bağlı iddialara aydınlıq gətirib

Ermənistanda növbədənkənar seçkilərlə bağlı fikirlər cəfəngiyyatdır.
APA xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Simonyan qeyd edib ki, hakim partiyanın tez-tez toplaşması növbədənkənar seçkilərin keçirilməsi demək deyil.
O qeyd edib ki. “Vətəndaş müqaviləsi”nin toplantılarının intensivləşməsi partiyanın işləməsi deməkdir.
Spiker burada növbədənkənar seçkilər üçün qəti şəkildə heç bir səbəb görmədiyini əlavə edib.