Parisdə Ermənistan-Fransa hərbi-siyasi məsləhətləşmələri keçirilib

Parisdə Ermənistan-Fransa hərbi-siyasi məsləhətləşmələri keçirilib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məsləhətləşmələr hər iki ölkənin Müdafiə Nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Ermənistan MN-in müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyanla Fransa Silahlı Qüvvələrinin beynəlxalq əlaqələr və strategiya üzrə direktoru Elis Rufo regional və beynəlxalq təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.