Moskvaya dron hücumu olub

Moskvaya dron hücumu olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 14:40 radələrində Moskva vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub.
Qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilən dron təyyarə tipli olub.