Mülki əhalinin effektiv müdafiəsi yoxdur - Quterreş

Qəzza zolağında mülki əhalinin effektiv müdafiəsi üçün sistem hələ hazırlanmayıb.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.

"Mülki əhalinin effektiv müdafiəsi yoxdur. Güclü hava bombardmanları və İsrailin quru əməliyyatları davam edir. Bildirilir ki, əksəriyyəti qadın və uşaqlar olmaqla 20 mindən çox fələstinli həlak olub. Eyni zamanda, HƏMAS və digər Fələstin qrupları Qəzzadan İsrailə raket zərbələri endirməkdə davam edir", - A.Quterreş qeyd edib.