Türkiyə İsveçə daha bir şans verdi

Gələn həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun müzakirələrini bərpa edəcək.
Axar.az NTV telekanalına istinadən xəbər verir ki, bu, dekabrın 26-da keçirilməsi nəzərdə tutulan komissiyanın iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi oktyabrda başlayıb. İlkin olaraq protokol Beynəlxalq Əlaqələr Komissiyasına təqdim edilib, qəbul edildikdən sonra Parlamentin Baş Assambleyasının səsverməsinə çıxarılacaq.
Yalnız Macarıstan və Türkiyə İsveçin alyansa qoşulması ilə bağlı protokolları ratifikasiya etməyib.