Kreml: Putin və Paşinyan arasında ünsiyyət üçün əla fürsət olacaq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ünsiyyət üçün əla fürsət olacaq.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Putin və Paşinyan ünsiyyət qurmaq üçün Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda təşkil edilən sammiti çərçivəsində əla fürsət əldə edəcəklər.