Əliyevlə Paşinyan təkbətək görüşəcəkmi? - Kreml

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrı-ayrılıqda ikitərəfli təmaslar nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.

"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - Peskov deyib.

Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da Sankt-Peterburq şəhərində baş tutacaq.