İranla bu saziş qüvvəyə mindikdən sonra... - Putin

Avrasiya İqtisadi İttifaqının (Aİİ) İranla azad ticarət sazişi əlaqələrin gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburqda keçirilən Aİİ sammitində deyib.

"Bu saziş Avrasiya İttifaqının Avrasiya regionunun ən böyük və texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatlarından biri ilə əlaqələrinin gücləndirilməsi kontekstində həqiqətən də ciddi əhəmiyyət kəsb edə bilər. Saziş qüvvəyə mindikdən sonra, demək olar ki, bütün kateqoriyalarda istehsal olunan mallar geniş İran bazarına - 90 milyon nəfərə rüsumsuz çıxış əldə edəcək", - V.Putin qeyd edib.