Putinin vizit kartı bu qiymətə satıldı - FOTO

Sankt-Peterburqda keçirilən hərracda Rusiya Prezidenti Vladimir Putinin vizit kartı satılıb.

Axşam.az TASS-a istinadən xəbər verir ki, kart yeni sahibinə 5 dəqiqəlik mübarizədən sonra 2 milyon rubla (təxminən 37 min manat) başa gəlib.

Kağız parçası Putinin Leninqrad şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsini tutduğu 1990-cı illərə təsadüf edir.

Lotun təsvirində qeyd olunur ki, kartın üzərindəki telefon nömrələrini Rusiya başçısı özü yazıb.