Rəisi gələn həftə Türkiyəyə səfər edə bilər

İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, heç bir dəyişiklik olmasa, səfər təyin olunmuş tarixdə baş tutacaq.

Qeyd edək ki, Rəisinin Ankaraya səfəri noyabrın 28-nə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.