Ukrayna Prezident Ofisinin rəsmisi: "Bu, Azərbaycanı çox yaxşı xarakterizə edir"

Ölkələrin kritik infrastruktura, xüsusilə enerji infrastrukturuna hücumla bağlı yaranan humanitar və ya sosial riskləri başa düşmələri Ukrayna üçün çox vacibdir.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
"Bəli, bu il Ukraynanın bütün müdafiə sistemi fərqli şəkildə qurulub. Raket və zenit sistemlərinin sayı artırılıb. Əlbəttə, bizim ötən il kritik infrastruktura edilən hücumları dəf etmək təcrübəmiz var ki, bu da bizə həm dinamik, həm də stasionar müdafiə qurmağa imkan verir. Amma burada çox vacib olan məqam tədarük olunan komponentlər baxımından digər ölkələrin yardımıdır. Buraya təkcə generatorlar, elektrik kabelləri daxil deyil. Azərbaycan da bu istiqamətdə bizə fəal yardım göstərib"-deyə, PO müşaviri vurğulayıb.
M. Podolyak qeyd edib ki, bu, əslində, Azərbaycanı çox yaxşı xarakterizə edir.