Zelenski: Çinin baş naziri ilə görüş mənim səviyyəmə uyğun deyil

Ukraynanın prezidenti Vladimir Zelenski Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) Çinin baş naziri Li Qianqla görüşmək fikrində olmadığını, çünki bunun onun səviyyəsinə uyğun olmadığını bildirib.
APA-nın “Strana.ua”ya istinadən verdiyi məlumata görə, o, Çinin Ukrayna ilə görüşdən imtina etməsini “Politico” nəşrinə belə şərh edib.
Onun sözlərinə görə, lazım gələrsə, Ukraynanın baş naziri Çinin baş naziri ilə görüşəcək. Zelenski qeyd edib ki, “Çin lideri Si Tsinpinlə görüşməkdən şad olardı”.
“Bildiyim qədər, Si Cinpin qərarlar verir, Ukraynada isə mən qərar verirəm. Mənim heç bir dialoqa ehtiyacım yoxdur, bu qərarları qəbul edən liderlərin mühüm qərarlarına ehtiyacım var”, - deyə Zelenski bildirib.