Hakan Fidan iraqlı həmkarı ilə bölgədəki gərginliyi müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq zamanı son günlər bölgədə yaşanan gərginlik müzakirə olunub.

Nazir Fidan tərəflərin məsələ ilə bağlı təmkinli davranaraq, sabitliyi riskə atacaq addımlar atmamalı, bölgədəki gərginliyi azaltmalı olduğunu bildirib.

Bundan əlavə, Hakan Fidan bu gün pakistanlı həmkarı Cəlil Abbas Cilani və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə də telefon danışığı aparıb.