Hindistanda məktəblilərin olduğu qayıq batıb, 16 nəfər ölüb

Hindistanın qərbində məktəbliləri daşıyan qayıq batıb.
APA xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Qayığın batması nəticəsində 16 nəfər ölüb.
Harney gölündə gəzinti zamanı batan qayıqda ölənlərdən ikisi müəllim olub.
Nəşrin məlumatına görə, hadisə zamanı qayıqda ümumilikdə 34 nəfər olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.