ABŞ-ın İraqdakı hərbi bazasına PUA ilə hücum edilib

ABŞ-ın İraq Kürdüstanındakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-ın bölgədəki konsulluğunda həyəcan təbili çalıb.
Bildirilib ki, zərbə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib.