İsrail HƏMAS-ın tunellər şəbəkəsini məhv etdi

İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının mərkəzində əsas raket və silah istehsalı zonasını, eləcə də onun altındakı geniş tunellər şəbəkəsini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu Qəzzanın mərkəzi hissəsindəki Salah əd-Din yolunun ərazisində yüzlərlə kilometr yeraltı keçidlə birləşən onlarla tuneli məhv edib.