Papikyan ABŞ səfiri ilə “işgüzar nahar” edib

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib:

“Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər”.