TDT: “Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük” 

Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda qeyd olunub:

“Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.