ABŞ-nin müdafiə naziri  bir aydan sonra vəzifəsinə qayıdır

ABŞ-nin müdafiə naziri Lloyd C. Ostin  bir aydan çox müddətdən sonra Müdafiə Nazirliyinə qayıdır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dekabr ayında prostat xərçəngi əməliyyatı keçirən Ostinin Valter Reed Milli Hərbi Tibb Mərkəzindəki həkimləri nazirin sağalma prosesinin yaxşı getdiyini açıqlayıb və "nazir Ostinin prostat xərçəngindən erkən və effektiv şəkildə müalicə olunub" - deyə bildirib.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ostin bazar ertəsi öz vəzifəsinə qayıdacaq.

ABŞ naziri Ostin ötən il dekabrın 22-də prostat xərçənginin müalicəsi üçün əməliyyat olunub. Yanvarın 1-də Austin müxtəlif ağırlaşmalar, o cümlədən "kəskin qarın, bud və ayaq ağrıları və ürəkbulanma" səbəbindən yenidən xəstəxanaya yerləşdirilib və onun sidik yollarının infeksiyası olduğu müəyyən edilib.

İki həftə xəstəxanada qalan Ostin müalicədən sonra yanvarın 15-də evə buraxılıb.