Super-güc sahibləri: Alimlər bu insanları araşdırıb 

70 il su içməyən, buzun içində dayanan, gözləri rentgen adam…


Dünyada istedadlı, güclü, qabiliyyətli insanlar çoxdur. Qeyri-adi xüsusiyyətlərə malik insanlar da. Bu insanların qeyri-adi gücünün, xüsusiyyətinin mənbəyi elm dünyasını həmişə düşündürüb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Hindistanda yaşayan din xadimi Prahlad Jani 70 ildir su içmir. O iddia edir ki, damağında bir dəlik var, onun sayəsində bədəninə su daxil olur. Bu şəxs barədə Hindistanın qərbindəki Əhmədabad şəhərində yerləşən Sterling Xəstəxanasının həkimləri araşdırma aparıb.  Məlum olub ki, bu şəxs 2010-cu il ərzində nə bircə dəfə yemək yeyib, nə də su içib. 82 yaşlı adam bu müddət ərzində sadəcə ağzını suyla qar-qara edib və çimib. Bunlardan savayı heç nə yeməyib, içməyib. 15 gün müddətində idrar da çıxarmayıb. Din adamı bildirib ki, məqsədi insanın dözümünü yoxlamaqdır. Lakin o, 2020-ci ildə 91 yaşında vəfat edib. 6 övlad atası, 64 yaşlı Vim Hof isə soyuğa qarşı rekord qıran adam kimi tanınıb. O, şortikdə Kilimancaro dağına çıxıb, buz parçalarıyla dolu yerdə 112 dəqiqə dayanıb, qar üzərində yalın ayaqla qaçıb. “Buz adam” adlandırılan Vim Hof soyuğu sevmədiyini, ondan nifrət etdiyini deyib. O, sağlamlıq üçün özünün "im Hof ​​üsulu”nu yaradıb. Bu üsul 3 mərhələdən ibarətdir: dərindən nəfəs almaq, soyuq suda yuyunmaq və beynin buna yönəlməsi. Niderlandlı “Buz adam”ın gəldiyi nəticə belədir: soyuqla müalicədən əvvəl beyin təmizlənməli, heç bir şey haqqında düşünüməməlidir. Vyetnamlı kəndli Tai Ngoc isə 50 ildir yatmadığını iddia edir. 81 yaşlı adamdan həkimlər niyə yatmadığını soruşduqda o, “heç bir fikrim yoxdur. Yorulmamışam, yuxum gəlmir”, deyib. Tai Ngoc deyib ki, başqaları gecələr yatarkən o, çöldə ot yığır, torpağı şumlayır. Vyetnamda bu adamın heç yatmadığı bilinəndən sonra o, məşhurlaşıb. Xarici media onun barəsində sənədli film təklifləri irəli sürüb, lakin o, təklifləri rədd edib. Həkimlərsə iddia edir ki, yatmamaq Vyetnam müharibəsində aldığı travmaların, keçirdiyi stresin təsiri də ola bilər. Nataşa Demkina isə insanın daxili orqanlarını gözləri ilə rentgen şüası kimi görə bildiyini iddia edir. Gənc qadın iddia edir ki, gözləri insanların daxili orqanlarına nüfuz etmək qabiliyyətinə malikdir.  N.Demkina eyni zamanda həkimdir. Və bildirir ki, ona müraciət edən xəstələri rentgen aparatı ilə deyil, gözlərinin qeyri-adi görmə qabiliyyəti sayəsində müayinə edə bilir. Başqa bir xüsusi qabiliyyətə malik insan Ben Undervooddur. O, uşaq yaşlarında xərçəng xəstəliyinə tutulub. Və görmə qabiliyyətini tamamilə itirib. Lakin yeniyetmə yaşlarında sərbəst hərəkət etməyə başlayıb. Heç bir yardımçı vasitədən də istifadə etməyib. O, eşitmə hissindən istifadə edərək və dişlərini bir-birinə vuraraq insanlar arasında dolaşmağa başlayıb. Gənc oğlan anasıyla avtomobildə gedərkən qəfil “yanından keçdiyimiz böyük binada nı yerləşir?” sualını verərək anasını heyrətə gətirib. Həkimlər hesab edir ki, görmə qabiliyyətinin itirilməsi  eşitmə qabiliyyətinin yüksək inkişafını təmin edib. Bunun sayəsində Ben ətrafda baş verənləri çox gözəl duyur və bu duyğuyla hərəkət edir. Ben başqa yeniyetmələr kimi sərbəst dolaşır, basketbol oynayır və velosiped sürür. Gənc adam 16 yaşında xərçəng xəstəliyindən vəfat edib.