Xeyirsiz uşaqlara 84 milyondan bir qəpik belə verilmədi

Liu soyadını istifadə edən və Çinin Şanxay şəhərində tək yaşayan çox zəngin yaşlı qadın hazırladığı vəsiyyətnamədə ona əhəmiyyət verməyən övladlarından qisasını alıb.
"Sherg.az" xəbər verir ki, qadın öldüyü zaman vəsiyyətində 19,9 milyon Çin Yuanı (84,6 milyon TL) sərvətinin pişik və itlərinə xərclənməsini, uşaqlarına heç nə verilməməsini yazıb. 
Çin mətbuatının yazdığına görə, onların bəxtsiz övladları anası xəstə olanda belə onun yanına getməyiblər. Amma sərvətin heyvanlara həvalə olunması ilə bağlı hüquqi problemlər olduğundan mirasın baytar həkim tərəfindən idarə olunacağı bildirilib.