20 yaşlı gənc qızın gözündən arılar çıxarıldı

Həkimlər heyrətə düşüb

  Dünyada əsl səbəbi bilinməyən müxtəlif xəstəliklər var. Gözlənilmədən yaşanan hafizə itkisi, onurğa əyrilikləri, fiziki qüsurla doğulanlar, insanın uzun yuxuya dalıb oyananda tamam fərqli dildə danışması... Alimlər belə olayları elmi cəhətdən əsaslandırmağa çalışsa da, inandırıcı dəlillər tapa bilmirlər. Tayvanda yaşanan bu ilginc hadisə isə hər kəsi heyrətə salıb. “Sherg.az” “ahaber.com”a istinadən xəbər verir ki, “StraitTimes” Tayvanda şiddətli ağrı və gözlərinin yaşarması şikayətiylə Fooyin Universiteti Xəstəxanasına müraciət edən 20 yaşlı gənc qızın gözü müayinə edilib. Mikroskopla baxıldığında həkimlər heyrətə düşüb. Qızın göz çuxurunda 4 ədəd bal arısı olduğu aşkarlanıb. Arılar göz çuxurunda gəzişirmiş. Qızın söhbətindən məlum olub ki, o, bir neçə gün öncə qəbirstanlığa gedərək yaxın adamının məzarı ətrafındakı otları təmizləyib. Bu sırada gözünə nəsə batıb. Qız zənn edib ki, gözünə toz zərrəcikləri dolub. Lakin evə gəldikdə gözü ağrımağa və sulanmağa başlayıb. Və o da xəstəxanaya gəlməli olub. Həkimlərin səyi ilə arılar xüsusu vasitəylə göz çuxurundan xaric edilib, gənc qıza lazım olan müalicə təyin edilib və o, evə buraxılıb.