Diləndirilən fil sahibini əzərək öldürüb

Taylanda dəhşətli hadisə baş verib.
Sherg.az xəbər verir ki, yemək və pul üçün diləndirilən fil sahibini əzərək öldürüb.
Facebook sosial media platformasında yayımlanan videoda Taylandın şimalındakı Nakhon Savan əyalətində filin sahibini əzərək öldürdüyü anlar lentə alınıb.
Videonu lentə alan Nattaphak Piluek yerli mətbuata bildirib ki, fil sahibi tərəfindən pul və yemək istəmək üçün istifadə olunub.
Piluek bildirib ki, hadisə baş verən zaman fil qəfildən narahat olub və sahibinə hücum edib.
Digər şahid Tippawan Kawiwon da filin balasının əlindən alındığını hiss etdiyi üçün sahibinə hücum etdiyini iddia edib.