Küçə pişiklərindən ölümcül virus yayılır: İnfeksiyanın səbəbi...?
07:02 14.02.2024
Gündəm
513
Küçə pişiklərindən insanlara yoluxan virus nəticəsində tarixdə ilk ölüm faktı qeydə alınıb. "Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, alimlər virusun infeksiya mənbəyi kimi indiyədək heç bir yerdə qeydə alınmadığını bildiriblər. ABŞ-nin Oregon əyalətinin Desçutes Əyalət Səhiyyə Qurumu yaydığı açıqlamada bir nəfərdə “xiyarcıqlı veba” virusunun müəyyən edildiyini bildirib. Bu adamın yaxın ünsiyyətdə olduğu insanlar, həmçinin o adamın bəslədiyi pişik də müayinə edilib. Vətəndaşlara vəba əleyhinə lazımi dərman preparatları paylanıb. Açıqlamada “vəbanın əlamətləri yoluxmuş heyvanla təmas baş verdikdən 2-8 gün sonra özünü göstərir. Qızdırma, ürək bulanması, halsızlıq, üşütmə, əzələ ağrıları və ya limfa düyünlərinin aşkar şişməsi – buna “xiyarcıq” da deyilir, əlamətləri ola bilər. Erkən müayinə edilməyib müalicə olunmadıqda septisemik vəbaya – qan dövranı infeksiyasına və ya sətəlcəmə çevrilir. Vəbanın bu növləri daha ağırdır və müalicəsi də çətindir. Səhiyyə Qurumu bildirib ki, xoşbəxtlikdən virus infeksiyasının qarşısı tez alınıb və toplum bu təhlükədən xilas edilib. Ümumiyyətlə isə Oregonda vəba xəstəliyinə nadir rast gəlinir, sonuncu dəfə xəstəliyə yoluxma halı 2015-ci ildə qeydə alınıb. Bu virus insanlara xəstə heyvanlarla təmas zamanı, heyvanın cırmaqlaması, dişləməsi zamanı keçir. Orta Oregonda ən çox sincablar vəba daşıyıcısı hesab edilir. Lakin siçovullar və gəmiricilərin digər növləri də virus daşıyıcısıdırlar. ABŞ-nin Alyaska ştatında isə yaşlı bir adam “Alyaskapox” isimli bir xəstəliyə yaxalanıb. Müalicə edilsə də, xeyri olmayıb və adam vəfat edib. O, bu xəstəlikdən ölən ilk şəxs kimi qeydə alınıb. Rəsmi dairələr bu adamın xərçəng xəstəliyindən əziyyət çəkdiyini və immunitetinin çox zəif olduğunu bildiriblər. Alyaskanın Kenai yarımadasının kənar bir hissəsində yalnız yaşayan adama bu virusun necə bulaşdığını araşdıran heyət isə xəstəliyin sahibsiz küçə pişiyindən keçdiyini iddia edir. Alimlər sahibsiz pişiklər və itlərin virusun insanlara yoluxmasına səbəb ola biləcəyini qeyd edir. “Imperial College London” Yoluxucu Xəstəliklər bölümündə araşdırmalara məsul və Essex Universiteti Molekulyar Viroloji üzrə müəllim doktor Stathis Giotis isə virusun mənbəyinin alimlər tərəfindən hələ tapılmadığını bildirib. Bununla belə doktor “panikaya düşməyə dəyməz. Əllərimizi sabun və spirtlə təmizləmək bizi qoruyacaq, təhlükəsizliyimizi artıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media