İran-Türkiyə sərhədində 10 km-lik TIR növbəsi yarandı

İran tərəfində yaranan texniki problemlər səbəbindən Türkiyənin Hakkari vilayətinin Yüksekova ilçəsindəki Esendərə sərhəd-keçid məntəqəsində təxminən 10 kilometrə çatan TIR növbəsi yaranıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, sürücülər günlərdir İrana keçməyi gözləyirlər.

Problemin konkret olaraq nədən qaynaqlandığı bəlli deyil.