Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinə sifarişləri 17 faizdən çox artırıb

Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinə ölkənin Müdafiə Nazirliyi və avropalı müttəfiqlərindən gələn sifarişlərin sayını artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, son iki il ərzində ABŞ-ın müdafiə sənayesi silah-sursatla bağlı sifarişlərin kəskin artması ilə üzləşib. Bu, avropalı müttəfiqlərin hərbi potensialını artırmağa çalışması, Pentaqonun isə Ukraynaya silah göndərməsi ilə bağlıdır.

Qəzet qeyd edir ki, Amerika hərbi-sənaye kompleksində istehsalın ümumi artımı Ukraynada münaqişə başlayandan bəri 17,5 faiz təşkil edib.