İordaniya şahzadəsinin Səudiyyəli atası vəfat edib

Səudiyyənin işgüzar dairələrinin tanınmış adlarından olan Xalid bin Musaet bin Saif bin Əbdüləziz Əl-Saif dünyasını dəyişib. 
Sherg.az xəbər verir ki, Əl-Saif İordaniya şahzadəsi Racva Əl-Hüseynin atası idi.
Əl-Saifin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.
Qeyd edək ki, Şahzadə Racva İordaniya vəliəhdi Hüseynlə ötən ilin iyununda Əmmandakı Zəhran sarayında evlənib.
Vəliəhd Hüseyn İnstaqramda paylaşım edərək, qayınatasının ölümü ilə bağlı yazıb:
"Dərin hüznlə sevimli qayınatamla vidalaşırıq. Onun xeyirxahlığını, alicənablığını və dürüstlüyünü hər zaman xatırlayacağıq. Allah ona rəhmət eləsin, bizə səbr və qüvvət versin”.
Mənbə: Haber Global

Maarif Məmmədli