Əfqanıstanda təbii fəlakət: Azı 27 nəfər öldü

Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində azı 27 nəfər həyatını itirib.
Sherg.az xəbər verir ki, mövzu ilə bağlı Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin mətbuat katibi Molla Canan Saik açıqlama verib.
 Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Nurqram rayonundakı Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olduğunu bildirib.
 Təbii fəlakət nəticəsində çoxlu sayda evin uçqun və torpaq altında qaldığını bildirən Saik, axtarış-xilasetmə işlərinin davam etdiyini, indiyədək 25 nəfərin cəsədini tapdıqlarını, 8 nəfərin isə yaralandığını vurğulayıb.
 Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.
 Əfqanıstanın mərkəzi və şimal hissələrinə təsir edən qar səbəbindən bir çox yaşayış məntəqələrinə çatmaq mümkün deyil.  Komandaların rayonda yol açma işləri davam edir.
Mənbə: Haber Global

Maarif Məmmədli