Navalnını “Noviçok”la öldürüblər, cəsədini isə… – Həyat yoldaşı

“Rusiya hakimiyyəti həyat yoldaşımın cəsədini gizlədir, bədənindən zəhər izlərinin yoxa çıxmasını gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya həbsxanasındada qəfil ölən müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yulia Navalnı deyib.
O, həyat yoldaşının yenidən “Noviçok”la zəhərləndiyini iddia edib.
“CNN İnternational” 2020-ci ildə də Rusiya kəşfiyyatının “Noviçok” zəhərini A.Navalnının alt paltarına yerləşdirdiyini, müxalifət liderinin zəhərləndiyini yazır. Məlumata görə, Navalnı həmin vaxt Almaniyada müalicə alıb və 2021-ci ildə Rusiyaya qayıdıb.

Qeyd edək ki, “Noviçok” ilk dəfə 1980-ci illərdə hazırlanıb. Zəhərin Soyuq müharibə zamanı Sovet İttifaqı tərəfindən gizli şəkildə ABŞ-ın kimyəvi silahlardan müdafiəsinə qarşı mübarizə vasitəsi kimi yaradıldığı bildirilir.