Əri 1 milyard dollarlıq miras qoydu: 93 yaşlı professor hamısını tələbələrinə xərcləyib

  93 yaşlı professor Ruth Gottesmanın həyat yoldaşı ailəsinə 1 milyard dollar miras qoyub. Professor Gottesman, “mənə, məndən xəbərsiz köhnə bir portfel əmanət edib. Həyat yoldaşım, mərhum David Gottesman “Wall Street” maliyyəçisi idi və mənə buraxdığı mirasla bağlı bunları yazmışdı: “Bu mirası doğru olduğunu düşündüyün işə sərf et”.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, professor Ruth Gottesman da doğru hesab etdiyi işi görüb. Lakin buna qərar vermək o qədər də asan olmayıb. R.Gottesman bu qədər böyük məbləğdə mirasla nə edəcəyini əvvəlcə qərarlaşdıra bilməyib. Övladları onu cəsarətləndirib və nəhayət o, bir qərara gəlib. Bütün mirası Nyu-Yorkun ən yoxsul bölgəsi olan Bronxtakı Albert Eynsteyn  Tibb Fakültəsinə ianə edib. Xanım R.Gottesman özü də bu fakültənin müəllimi olub. “Tibb fakültəsində təhsil alan tələbələrin təhsil xəcrlərini qarşılamağı düşünürdüm. Bunun üçün lazımi qədər pul vardı”. Xanım professor həyat yoldaşından miras qalmış 1 milyard dolları tibb fakültəsinə bağışlayıb və bütün pulun tələbələrin təhsil xərclərinin qarşılanmasına sərf edilməsinə təlimat verib. Bununla belə, ona edilən təklifdən də imtina edib. Fakültə belə bir ianə qarşılığında fakültəyə onun, ya da mərhum həyat yoldaşının adının verilməsini təklif edib. Xanım professor isə təklifi rədd edərək, fakültənin Albert Eynşteynin adını daşımalı olduğunda israr edib. Professor R.Gottesmanın etdiyi ianə ABŞ tarixində bir təhsil ocağına edilən ən böyük ianə olaraq tarixə düşüb. Professor R. Gottesman ianə haqqında şəxsən özü tələbələrə məlumat verib. Professorun tələbələrə bundan sonra təhsil xərclərinin qarşılanacağı haqda xəbəri çatdırmasıyla salonda alqış sədaları qopub. Professor R. Gottesman universitetdə 1968-ci ildən çalışır, pediatriya üzrə mütəxəssisdir. Təvazökar insan olan xanım, ianənin kim tərəfindən edildiyinin bilinməməsini də istəyib. Lakin həmkarları onu dilə tutaraq bu addımının başqaları üçün də örnək olacağını söyləyərək, onu razı salıblar. Tibb fakültəsində təhsil haqqı bir il üçün 60 min dollardır. Tələbələrin çoxu bu miqdarda pulu ödəyə bilmir, borclu qalır, universiteti bitirdikdə təxminən 200 min dollar yaxın borcları toplanır. Professor R.Gottesmanın ianəsi sayəsində isə tələbələr heç bir borcları olmadan, təhsil haqqını ödəmək yükündən azad olaraq təhsillərini davam etdirəcəklər.