Süni intellekt Trampı prezident seçdi: O qaradərililərin əhatəsində görüntülənir

Süni intellekt bu dəfə ABŞ-də keçirilməsi gözlənilən prezident seçkilərinə müdaxilə edib. ABŞ-nin sabiq prezidenti Donald Trampın fotoları süni intellekt vasitəsilə yayılıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, süni intellekt vasitəsiylə hazırlanan Donald Trampın fotoları izləyicilərin marağına səbəb olub. Yeni fotolarda sabiq prezident qaradərililərin əhatəsində görüntülənir. İzləyicilər hesab edir ki, bu fotolar D.Trampın prezident seçkiləri kampaniyasında fəallıq göstərdiyinə işarədir. Məlum olduğu kimi, 2024-cü il noyabrın 5-də ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək. Sabiq prezident Donald Tramp prezidentliyə yenidən iddiasını ortaya qoyub. Onun qaradərililərlə süni intellekt vasitəsilə hazırlanmış fotoları isə sabiq prezidentin qaradərililərin səsini qazanmaq istəyi kimi qəbul edilir.