Quyruğu 25 lirəyə satılır: Ovlandıqca da sayı artır

  Balon balığına tələbat son zamanlar qida zəhərlənmələrinə səbəb olmasına rəğmən  getdikcə artır. Balon balığının sürətlə çoxalma xüsusiyyəti nəzərə alınaraq balıqçılara onu istədikləri miqdaqda ovlamaq icazəsi verilib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, son aylarda balon balığından 5 nəfər zəhərlənib. Balon balığının ovlanması üçün balıqçılara verilən dəstək isə artırılaraq 12 lirədən 25 lirəyə qaldırılıb. Hətta balığın quyruğunu gətirənə də ödəniş ediləcək. Balon balığının ovlanmasına dəstək haqqında qərar “Rəsmi qazetə”də yayımlanıb. Burada məqsəd həm balıqçılığı inkişaf etdirmək, həm də sürətlə çoxalma xüsusiyyəti ilə digər balıq növlərinin çoxalmasının qarşısını aldığına görədir. Digər balıq növlərini ovlayanlara 1 ədəd balığa görə 10 lirə ödənirsə, balon balığının 1 dənəsi üçün 25 lirə ödənəcək. Bu qərar 2026-cı ilədək qüvvədədir. Balon balıqları Aralıq dənizi və Egey dənizində sürətlə çoxalır. Bu isə ekosistem üçün təhlükəlidir. Elmi adı "Lagocephalus sceleratus" olan balon balığı, “tetraodontidae” sinfinə aiddir. Sudan kənarda qurbağa kimi hoppandığına görə “qurbağa balığı” da adlanır. Balon balığının əti zəhərlidir. Bədənində tetrodotoksin maddəsi istehsal edən bu balıq insanlarda iflic yarada bilir. Bu balığı ovlamaq elə də asan deyil, çünki iti dişləriylə balıqçının barmaqlarını qopara bilir.