Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstanın cənubunda 6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Pirqosdan 56 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ bütün bölgədə hiss edilib.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.